17 C
Baku
Monday, October 27, 2025

Səhmdarı restoran biznesindən 664 min manat dividend götürüb

Azərbaycanda fəaliyyət göstərən iaşə və qida təminatı xidmətləri göstərən şirkəti “SAF Catering” MMC səhmdara 664 min manat dividend ödənişi həyata keçirilib.

Banker.az bunu şirkətin illik hesabatına istinadən xəbər verir.

Şirkət 2024-cü ili 973 min manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü ilin 657 min manatlıq nəticəsi ilə müqayisədə təxminən 46% artım deməkdir.

Bölüşdürülməmiş mənfəəti 2023-cü ildəki 1,23 milyon manatdan 1,54 milyon manata yüksəlib.

Şirkətin təsisçisi “SAF Tesis Yönetimi və Endüstrial Temizlik Hizmetleri” MMC-dir. Şirkətə ümumilikdə Ağa Orucov Şahhüseyn oğlu nəzarət edir.

Son xəbərlər
Digər xəbərlər