13 C
Baku
Saturday, November 23, 2024

Səhmdarları toplanır: “Bank Avrasiya” və “Xalq Bank”dan götürdükləri kreditləri müzakirə edirlər

12 mart 2019-cu il saat 10.30-da “Siyəzən Broyler” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az rəsmi mətbuata istinadən xəbər verir ki, iclasın gündəliyinə “Siyəzən Broyler” ASC-nin illik və maliyyə hesabatlarının müzakirəsi və təsdiqi, cəmiyyətin dövriyyə vəsaitlərinin artırılması, “Bank Avrasiya” ASC və ASC “Xalq” Bankında olan mövcud borc öhdəliklərinin bağlanması məqsədilə ASC “Xalq” Bankı ilə “Siyəzən Broyler” ASC arasında bağlanmış 26 dekabr 2018-ci il tarixli 100409971156518 saylı kredit müqaviləsi və 28 dekabr 2018-ci il tarixli 100309971166218 saylı kredit xətti müqaviləsi üzrə kreditlərin verilməsi faktının təsdiq edilməsi, cəmiyyət tərəfindən götürülən və yuxarıda qeyd edilən kreditlərin təminatı kimi “Siyəzən Broyler” ASC-nin mülkiyyətində olan Siyəzən rayonu, Beşdam kəndində yerləşən 279.0132 hektar torpaq sahəsinin 28 ədəd çıxarışının və Siyəzən rayonunda yerləşən, ümumi sahəsi 250 937.3 kvadrat metrlik əmlak kompleksi kimi müəssisənin müvafiq olaraq ipoteka və sonrakı ipoteka qoyulması faktının təsdiq edilməsi, müvafiq hüquqi şəxslərin ASC “Xalq” Bankdan götürəcəyi kredit öhdəliklərinin icrasının təminatı qismində çıxış edəcək “Siyəzən Broyler” ASC-nin yuxarıda göstərilmiş əmlaklarının sonrakı ipoteka ilə yüklü edilməsi və avadanlıqlarının (qurğularının) girov qoyulması barədə “Siyəzən Broyler” ASC-nin müşahidə şurasının 20 dekabr 2018-ci il tarixli qərarının bəyənilməsi və digər məsələlər daxildir.

Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Səhmdarlar ümumi yığıncağın materialları ilə tanış olmaq üçün cəmiyyətin yerləşdiyi ünvana müraciət edə bilərlər. Ünvan – AZ5300. Siyəzən şəhəri, “Siyəzən Broyler” ASC-nin inzibati binası.

Əlaqə telefonları – 0233040555, 050-273- 83-03.

Son xəbərlər
Digər xəbərlər