6 C
Baku
Sunday, December 15, 2024

Səhmləri investisya müsabiqəsinə satılan müəssə ASC-dən MMC-yə çevrilib

“Azərsutikinti” ASC-nin törəmə müəssisəs olan “Muğansutikinti” ASC əşkilati-hüquqi formasının açıq səhmdar cəmiyyətdən (ASC) məhdud məsuliyyətli cəmiyyətə (MMC) çevrildiyini elan edib.

Banker.az bu barədə Vergilər Nazirliyi saytına istinadən xəbər verir.

Qeyd edək ki, müəssənin özü 1969-cu ildə yaranıb, hazırda nizamnamə kapitalı 597 230 manat olmaqla – 298 615 səhm sayına malikdir (hər biri 2 manat.). Qurumda təqribən 160-170 arası işçi heyəti çalışır.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ötən ilin əvvəllərində investisya müabiqəsinə çıxarlmışdı. Müsabiqə qalibi fiziki şəxs V.A.Qurbanov ilə 25 aprelə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, qalib şəxs dövlət büdcəsinə 400 000 manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, üç ay ərzində müəssisəyə 355 000 manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürmüşdü.

Son xəbərlər
Digər xəbərlər