23 C
Baku
Tuesday, April 23, 2024

Səhv basılmış düymə nəticəsində $225 mln. zərər və şirkətlərin səhmlərinə təsir edən digər təsadüflər

Maliyyə hesabatlarının göstəriciləri, neftin qiyməti, yeni qanunvericilik – bütün bunlar qiymətli kağızlara təsir edir. Lakin bəzən investorlar ağılla hərəkət etmirlər. 

Səhvən basılmış düymə

Yaponiyanın Mizuho Securities investisiya bankının problemləri 8 dekabr 2005-ci il tarixində başladı. Həmin gün J-Com rekrutinq şirkətinin səhmləri Tokio birjasında satışa çıxarıldı.  IPO-nun həcminin 3,1 milyard dollar təşkil etməli idi. 

J-Com banka bir səhmini 610 min yen (5080 dollar) qiymətinə satmağı tapşırıb. Lakin broker düyməni səhv salaraq 610 səhmi 1 yen (0,008 dollar) qiymətinə satılması üçün sorğu göndərdi. Satışa çıxarılanda qiymətli kağızların sayı faktiki saydan 41 dəfə çox olmuşdur. Buna baxmayaraq, birja sifarişi qəbul etdi. 

Mizuho müraciəti ləğv etmək üçün üç dəfə cəhd etdi. Ucuz qiymətli kağızlar alıcıların diqqətini cəlb etdi: Kommersant-ın yazdığı kimi, qısa müddət ərzində səhm paketi sahibini təxminən 50 dəfə dəyişdi. 

Bank J-Com şirkətinin mövcud səhmlərini, o cümlədən “virtual” qiymətli kağızlarını almaqla bu situasiyanı düzəltməyə cəhd etdi. 

Beləliklə, investisiya bankı  ümumilikdə 225 milyon dollar, Mizuho Financial Group holdinqi isə 406 milyon dollar itirdi. 

Bu yalnışlıqdan yalnız İsveçrənin Credit Suisse bankı qazandı: şirkət aşağı qiymətə 2289 dənə səhm aldı və 6,2 milyon dollar gəlir götürdü. Amerikanın Lehman Brothers investisiya bankına bu sövdələşmə 5,6 milyon dollar gəlir gətirdi. 

Lakin daha böyük qazanc iki yerli treyder əldə etdi – 27,6 milyon dollar. 27 yaşlı işsiz Takasi Koteqava isə 16,6 milyon dollar aldı. Treyderin sözlərinə görə, o, gündə 833 min dollara qədər itirirdi və artıq ümidini kəsmişdir. 

Nəticədə təkcə Mizuho Securities deyil, Tokio birjası da üzr istədi. Yerli rayon məhkəməsi Mizohu şirktəinin lehinə təxminən 89 milyon dollar vəsaitin ödənilməsi ilə bağlı qərar çıxardı. Bu qərardan sonra şirkətin baş direktoru bir neçə gün sonra istefa verdi. 

Ailə bağları

Koreyanın Gangnam Style təkcə ifaçını populyar etməmişdi. YG Entertainment şirkətinin kotirovkaları 2012-ci ildə klip yayımlandıqdan sonra 50% artdı: onda şirkət ifaçının əsərlərinin müəllif hüquqlarına sahib idi. 

Spirt istehsalçısı Hite Jinro-nun səhmləri bir həftə ərzində 7,6% artdı, çünki konsertdə repçi bu markanın içkisini içmişdir. 

Lakin ən çox yarımkeçirici istehsalçısı DI Corporation qazandı. Klipin yayımlanmasından iki ay sonra artım təxminən 800% təşkil etdi – şirkətin kapitallaşması 38 milyon dollardan 334 milyon dollara qədər yüksəldi. Məsələ ondadır ki, direktorlar şurasının sədri ifaçının sədri idi. 

download 1 1

Adı olan bəlalar

2019-cu ilin aprel ayında Zoom proqramının populyarlaşması digər bir şirkətə təsir göstərdi. ZOOM stikerli səhmlərin qiyməti 15 apreldən bəri 1 sentdən 5,76 dollaradək artdı: ilin əvvəlindən 57 000%. 

Lakin bu, Çinin kommunikasiya avadanlıqları istehsalçısı Zoom Technologies-in qiymətli kağızları idi və onun videoservis ilə heç bir əlaqəsi olmamışdır. Qeyd etmək lazımdır ki, səhmlər qısa müddətdə yenə əvvəlki səviyyəyə qayıtdı. 

2020-ci ildə investorlar yenidən adları səhv saldılar: istehsalçının səhmləri 20 marta qədər 557% artdı. 

Beş gündən sonra məzənnə təxminən iki dəfə düşdü və hərraclar dayandırıldı. 17 aprelə qədər qiymət 1,3 dollara düşdü. 

download 3

Buna oxşar bir situasiya daha əvvəl olmuşdur: 2014-cü ilin yanvarında Google 3,2 milyard dollara “ağllı ev” üçün cihaz üzərində işləyən Nest Labs startapını aldı. Nəticədə, Nestor kotirovkaları 1900% artdı. 

Səbəb yenə tikerdə idi: Nestor-un səhmləri birjada NEST kimi qeyd olunurdu. İnvestorar onu Nest Labs ilə 2013-cü ildə də səhv salmışdılar, bu da Nestor səhmlərinin 10 000% artmasına gətirib çıxardı. 

Situasiyanın yenidən təkrarlanmaması üçün Nestor-un qiymətli kağızları birjadan çıxarıldı. 

2013-cü ildə 1800%-lik artım ilə Amerikanın Tweeter riteyleri seçildi. 2008-ci ildəki iflas və mağazaların bağlanması kotirovkaların qalxmasına mane olmadı. Səbəb – Twitter birjaya çıxacağını elan etdi. Nəticədə, riteylerin tikeri TWTRQ-dan THEGQ.-ya dəyişdirildi. 

Yanlış qiymətləndirmə

2016-cı ilin yayında Pokemon Go oyunu populyarlaşmağa başladı. Treyderlər səhvən onun pokemonlara sahib olan Nintendo şirkəti tərəfindən tərtib edildiyini düşündülər. İstehsalçının səhmləri iki həftə ərzində 120% bahalaşdı və şirkətin kapitallaşması 23 milyard dollara çatdı. 

Əslində isə Nintendo Pokemon Go oyunu ilə məşğul olmayıb. Bu tətbiq Amerikanın Niantic şirkəti tərəfindən yaradılmışdır. Hər şey aydın olandan sonra Nintendo-nun səhmləri bir gündə 18% ucuzlaşdı. 

download 4

Adında blokçeyn

27 oktyabr 2017-ci ildə İnternet və informasiya biznesinə investisiya qoyan On-line şirkəti adını Onlien Blockchain adına dəyişdi və blokçeyn layihəsinə başladı. 

“Blokçeyn və kriptovalyutalar – bir müddətdir ki, üzərində işlədiyimiz yeni və maraqlı sahədir”, – Online Blockchain şirkəti bildirir. 

O vaxt bu texnologiyalar haqqında çox danışırdılar və Online Blockchain-nin səhmlərinin qiyməti 394% artdı. Şirkət inkişafının ilk mərhələsində olduğunu açıqladığına baxmayaraq, 8 yanvar 2018-ci il tarixində səhmlərin dəyəri 22,4 dollardan 168,3 dollaradək yüksəldi. 

download 5

2017-ci ildə amerikan soyuq çay istehsalçısı Long Island Iced Tea  da adını dəyişdi – Long Blockchain. Cəmi iki günə şirkətin səhmləri 2 dollardan 6,9 dollara qalxdı. 2020-ci ilin aprelində səhmlərin qiyməti 0,1 dollardan çox olmayıb. 

download 6

Bir gün Asiyada

2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsi təkcə Amerika deyil, Çin şirkətlərinin də kotirovkalarında dəyişikliklərə səbəb oldu. Məsələn, proqram təminatı istehsalçısı Wisesoft-un səhmləri cəmi bir neçə saat ərzində 4,6% artdı. 

Bu şirkətin adı çin dilində Chuan Da Zhi Sheng və ya “Trampın böyük qələbəsi” kimi səslənir. Bununla yanaşı, bazarın qalan hissəsi çökməyə davam edirdi: Shanghai Composite Index 1,32%, Shenzhen Composite Index isə 1,39% düşdü. 

Ən çox Yunnan Xiyi Industrial-ın kotirovkaları azaldı – 9,5%. 

download 7

2018-ci ilin fevral ayında Çin Kommunist Partiyasının Mərkəzi Komitəsi Konstitusiyaya təklif olunan dəyişiklikləri dərc etdi. Bundan əlavə, prezidentin səlahiyyət müddətinin ləğv edilməsi təklif edilmişdir: hazırkı prezidenti Xi Jinping yenidən seçilə bilərdi. 

Çinli investorlar adında “imperator” sözü olan müəssisələrin səhmlərinə maraq göstərməyə başladılar. Nəticədə, Shenzhen Emperor Technology-nin səhmləri bir neçə saata 10%, Harbin VITI Electronics-in səhmləri isə 7% artdı. Onların adında “imperator” mənasını daşıyan sözlər var idi. 

Analitik Yan Hunsun qeyd edir ki, bu situasiyanın “fundamental göstəricilərlə heç bir əlaqəsi olmamışdır” və qısa zamanda yenidən eniş gözlənilir. 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər