13 C
Baku
Thursday, November 21, 2024

Səhvin qiyməti: Ən bahalı kompüter xətaları

Hazırda demək olar ki, heç bir müəssisə, istehsalat təşkilatı, kompüter və proqramlar olmadan işini həyata keçirə bilməz. Bu sonuncular insan həyatına nə qədər çox daxil olurlarsa, bəşəriyyət bir o qədər bu əməliyyat sistemlərinin düzgün və səhvsiz fəaliyyətindən asılı vəziyyətə düşür.

6 sentyabr 1989-cu ildə kompüter xətası səbəbindən 41 min parisli zərər görür. Bu zaman Paris sakinləri onlar tərəfindən qətl, qarət törədilməsi və yol hərəkəti qaydalarının pozulmasını iddia edən məktub əldə edirlər.

İnsanların və yaxud şirkətlərin kompüter xətaları səbəbindən maddi və mənəvi ziyan aldığı daha bir neçə hadisəni xatırlayaq.

1. Amerikalı qadın səhvən 2 il ərzində dünyasını dəyişmiş hesab edilir

ABŞ sakini Barbara Merfi dövlət elektron sisteminin səhvən onu dünyasını dəyişmiş hesab etməsi səbəbindən uzun müddət ərzində təqaüd ala və bank kartlarından istifadə edə bilməyib. Hələ iki il əvvəl sistem belə qənaətə gəlir ki, Merfinin ölümü haqqında ona məlumatlar daxil olub. Barbara vəziyyəti aydınlaşdırmaq istədikdə hətta dövlət müəssisəsində növbə belə əldə edə bilmir. Belə ki, onu ölü hesab edən sistem ona növbə üçün talon verməkdən imtina edirdi.

2. Citigroup sistemdə baş vermiş xətanın zərərini ödəməli oldu

Nəhəng bank qrupu olan Citigroup kompüter xətası səbəbindən ABŞ birja və qiymətli kağızlar komissiyası tərəfindən 7 milyon dollar həcmində cərimələnmişdi. Bankın kompüter təminatından baş vermiş xəta ucbatından komissiyaya 1999-cu ildən 2014-cü ilə qədər həyata keçirilmiş 26 810 müqavilə haqqında məlumat ötürülməyib. 7 milyon dollar həcmində olan cərimə sözügedən xətalar üzrə təyin edilmiş ən iri həcmli cərimə idi.

3. UBS və trilyonlarla istiqrazlar

Kompüter xətası səbəbindən nəhəng həcmdə zərərlə üzləşməyin astanasında olan digər bank isə İsveçrənin UBS bankı idi. Bankın Yaponiyada fəaliyyət göstərən filialı Capcom şirkətinin 30 milyon yen (290 550 dollar) dəyərində olan istiqrazlarının alınması haqqında sifariş yerləşdirməli idi. Lakin sistem xətası ucbatından sifarişə əlavə 5 ədəd sıfır daxil edilir. Xoşbəxtlikdən, Tokio fond birjası müqaviləni ləğv edir və şirkətlərdən üzr istəyir.

4. Birjalardakı xətalar

Kompüter sistemlərinin xətaları və yaxud treyderlərin yol verdikləri səhvlər Tokio fond birjasında tez-tez müşahidə edilən haldır. 2005-ci ildə Mizuho bank qrupundan olan treyder 1 ədədinin dəyəri 1 yen olmaqla 610 min səhm satışı haqqında birjada sifariş yaradır. Əslində isə, o 1 səhmi 610 yenə satmalı idi. Həmin gün birjanın kompüter sistemində xəta baş verir və sifarişi ləğv etmək mümkün olmur. Nəticədə Mizuho bankı 40,5 milyard yen itirir.

5. Kiber cinayətkarların “barmaq izləri”

Xətaların zərərlə yanaşı, faydası da var. Cari ilin fevral ayında bank cəmiyyəti fəal olaraq Banqladeş Mərkəzi bankının xakerlər tərəfindən qarət edilməsi faktını müzakirə edirdi. Bu zaman 80 milyon dollar oğurlanmışdı. Lakin bank köçürmələri məlumatlarında sadə barmaq izi təqribən 1 milyard dolları xilas etməyə imkan verdi.

Məsələ ondadır ki, cinayətkarların 81 milyon dolların köçürülməsi üzrə 4 sorğu uğurla başa çatır. 20 milyon dollar həcmində olan 5-ci köçürülmə isə sual doğurmağa başlayır. Bu zaman alıcının adı foundation əvəzinə fandation olaraq yazılır. Məhz bu səhvin sayəsində banklardan biri Banqladeş Mərkəzi bankından məsələni aydınlaşdırmasını tələb edir.

Son xəbərlər
Digər xəbərlər