2024-cü təsərrüfat ilində ölkədə şəkər çuğundurunun istehsalında ciddi artım qeydə alınıb.
Kənd Təsərrüfatı Nazirliyindən Banker.az-a verilən məlumata görə, bu ilin yanvar-oktyabr ayları ərzində 164.5 min ton şəkər çuğunduru yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,5% artıqdır.
Bu il Azərbaycanın 25 rayonunda şəkər çuğunduru əkilib. Ən çox əkinlər Hacıqabul (1328 ha), Tovuz (1223 ha) və Salyan (1030 ha) rayonlarında qeydə alınıb.
Hazırda sahələrdən şəkər çuğundurunun yığımı davam edir.
Noyabrın 20-nə olan operativ məlumata görə, şəkər çuğunduru üzrə orta məhsuldarlıq göstəricisi 400 sentner/hektardan artıqdır.