10 C
Baku
Thursday, December 12, 2024

Şəkərsiz qəhvə niyə heç bir fayda vermir?

İspaniyadan olan alimlər belə bir nəticəyə gəlmişlər ki, qəhvəni mütləq şəkərli içmək lazımdır. Çünki yalnız bu halda qəhvə beyinin fəaliyyətini yaxşılaşdırır.

40 könüllünün iştirak etdiyi bir sıra eksperimentlər keçirilmişdir. Eksperimentin nəticəsi olaraq aydın olur ki, qlükoza ilə kofein qarşılıqlı təsirə məruz qaldıqda beyinin müxtəlif sahələrinin fəallığını yaxşılaşdırır. Bu sahələrə isə fikri cəmləyəmə, diqqətin artırılmasına və yaddaşa cavabdeh olan sahələr aiddir.

İspaniyalı neyro-psixoloqlar həmçinin bildirmişlər ki, şəkər əlavə edilmiş kofe insanın idrak qabiliyyətini yaxşılaşdırır. Eyni zamanda, şəkərsiz qəhvə bütünlüklə faydasız bir içkiyə çevrilir.

Həmçinin bu yaxınlarda Harvard universitetindən olan mütəxəssislər 200 könüllü şəxsin iştirak etdiyi və 16 il davam edən araşdırmalarını sona çatdırmışlar. Məlum olur ki, qəhvə demək olar ki, özünə qəsd halları riskini iki dəfəyə qədər endirmək iqtidarındadır. Belə ki, kofein dopamin və serotanin kimi hormonların yaranmasına kömək edir. Bu hormonlar isə öz növbəsində antidepressantlardır.

Son xəbərlər
Digər xəbərlər