“Şəki-Bazar” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 26 dekabr 2023-cü il saat
12.00-da Şəki şəhəri, S.Rəhman küçəsi 1,”Şəki-Bazar”ASC-nin binasında keçiriləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107 3.1-ci bəndinə əsasən səhmdarlar yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilər.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. ”Şəki-Bazar”ASC-nin 2022-ci ildəki maliyyə -təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi.
2. 2022-ci ilin maliyyə nəticələrinə görə maliyyə- təftiş komissiyasının hesabatı və mühasibat balansının təsdiq edilməsi.
3. 2022-ci ilin yekunlarına görə mənfəətdən səhmdarlara ayrılmış dividend haqqında məlumat.
4. Digər məsələlər.
Səhmdarların ümumi yığıncağının gündəliyinin materialları ilə tanış olmaq üçün ”Şəki-Bazar”ASC-nin idarə heyətinə müraciət etmək lazımdır.