14 C
Baku
Saturday, November 23, 2024

Şəki, Qax, Bərdə bölgələrində problemli kreditlər üzrə mütəxəssis – Bank Respublika ASC

Bank Respublika” ASC “Şəki, Qax, Bərdə bölgələrində problemli kreditlər üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-dən artıq əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Təhkim edildiyi filialların problemli kreditləri üzrə işi təşkil etmək;
• Problemli müştərilərlə işləmək, ödənişlərin yığılması, öz öhdəliklərini yerinə yetirməyən müştərilərin əvəzindən ödəniş etmələri məqsədilə müştərinin zəmanətçiləri ilə görüşlər
• Borcu qaytarmayan müştərilərin mülkiyyətində olan əmlak barədə zəruri informasiya əldə etmə məqsədilə müvafiq dövlət orqanlarına sorğu göndərmək;
• Tələb olunan formada borcların yığılması, cari borclu müştərilər barədə məlumatlar və borcların yığılmasının nəticələrinə dair problemli kreditlərin yığımına  rəhbərlik edən məsul şəxsə hesabatlar vermək;
• Borcların yığılması və hüquqi problemlərin həll edilməsinin effektiv yollarinin tapılması və təmin edilməsi məqsədilə birbaşa rəhbərinə və problemli kreditlər yığımına rəhbərlik edən şəxsə yardımçı olmaq, cari sistem, prosedur və siyasətlərlə bağlı təkmilləşdirmə barədə təkliflər vermək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Borcların yığılması və problemli müştərilərlə işləmək sahəsində iş təcrübəsi;
• Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
• MS Office proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 dekabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Şəki, Qax, Bərdə bölgələrində problemli kreditlər üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər