10 C
Baku
Friday, December 13, 2024

Şəki-Zaqatalada investisiya layihələrinin icrasına 491 min manat güzəştli kredit verilib

Şəki-Zaqatala iqtisadi rayonunda heyvandarlıq, bağçılıq və s. sahələr üzrə 39 investisiya layihəsinin maliyyələşdirilməsinə 491 min manat güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, layihələrin reallaşdırılması nəticəsində 50-dək yeni iş yeri açılacaq.

Ümumilikdə, verilən kreditlər də daxil olmaqla indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 119,7 mln. manat güzəştli kredit verilib.

Qeyd edək ki, 2019-cu ilin ötən dövründə sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 134,1 mln. manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 4 000-dən çox iş yerinin açılmasına imkan yaradır. Bu dövrdə verilən güzəştli kreditlərin 65%-i ölkə regionlarının, 35%-i isə Bakı şəhəri və onun qəsəbələrinin payına düşür.

©APA-Economics

Son xəbərlər
Digər xəbərlər