1 C
Baku
Saturday, December 14, 2024

Şəkidə kütləvi yoluxma aşkarlanan bazar 3 günlük bağlandı – Operativ Qərargah

Şəkidə “Bazar” adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin ərazidə 1sentyabr 2020 tarixindən bu günə qədər götürülən test nümunələrinin 13-də koronovirus testi pozitiv olub:

“Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Epidemioloji vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Şəkidə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əksepidemik işlər aparılır. Mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə, Operativ Qərargah tərəfindən bazarın müvəqqəti bağlanması qərarı verilib”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər