15 C
Baku
Saturday, April 20, 2024

Şəkidə qanunsuz ət satanlar cəzalandırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişlərinin yerli icra orqanlarının əməkdaşları ilə birgə Şəki şəhərində keçirdiyi reyd zamanı Hüseynov Eldar Ələfsər oğlu, Mustafayev Arif Məmmədəmin oğluna məxsus məntəqələrdə baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmədən qanunsuz heyvan kəsiminin və ət satışının həyata keçirildiyi aşkar edilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, aşkar olunmuş faktla bağlı məntəqə sahibləri barəsində inzibati protokol tərtib edilib.

Son xəbərlər
Digər xəbərlər