Dekabrın 25-də dünya boyu xristianlar Milad Bayramını qeyd edir.
Roma Papası Francis Vatikanda ənənəvi Milad ibadətini edib. O söyləyib ki, Miladın əsl mənası materializmin kölgəsində qalır.
Çinin paytaxtı Pekində Milad Bayramını qeyd etmək ənənəsi olmasa da, bizneslər satışları artırmaq üçün Yolka ağacları bəzəyiblər.
Berlində 12 nəfərin ölümünə səbəb olmuş hücumdan sonra Avropada təhlükəsizlik tədbirləri artırılıb.
Parisdə Notre Dame Kilsəsində keçirilən tədbiri çoxlu polis qoruyub.
Avstraliyada Milad Bayramı yay mövsümünə təsadüf edir. Bu səbəblə Sidney çimərlikləri bu bayramı qeyd etmək üçün ən tələb olunan yerlərdən olur.
İsa Peyğəmbərin doğulduğu Beytləhm (Vifleyem) şəhərində yerləşən Yenidən Doğuş Kilsəsindəki dini ayinə minlərlə insan qatılıb.
Almaniyada Berliner Seehunde adlı üzgüçü klubu “Şaxta baba” paltarlarında ənənəvi üzmə tədbirini həyata keçirib.
İraqın paytaxtı Bağdadda da Milad bayramı ilə əlaqədar təhlükəsizlik tədbirləri artırılıb. Kilsələrə girişdə xüsusi cihazlar qurulub, çantalar yoxlanılıb.
İstanbulda bayram, İstiklal prospektində yerləşən Müqəddəs Antuan Kilsəsində qeyd olunub.
Londonda isə Hyde Parkda “Serpentine” Üzgücü klubu +4 dərəcə temperaturu olan göldə üzüblər.
Bakıda katolik xristianları Milad Bayramını Müqəddəs Məryəm Kilsəsində qeyd edib.