Bakı şəhərinin Nərimanov rayonu ərazisində mənzildən külli miqdarda pul oğurlanıb.
Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsindən verilən məlumata görə, naməlum şəxslər A.Heydərov küçəsi 29/22 ünvanında Oqtay Məmməd oğlu Məmmədova məxsus evdən 200 min dollar və 190 min manat və 150 min manatlıq qızıl-zinət əşyası oğurlayıblar. Şikayətçi bildirib ki, həyat yoldaşı Rahidə Məmmədova evdə olmadığı müddətdə, fevralın 4-ü saat 14-dən 19-dək olan vaxtda mənzilə basqın edilib.
Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir (ANS).
O.Məmmədov yüksək vəzifəli məmurdur. O, Sosial Müdafiə Nazirliyinin Abşeron rayonu üzrə sosial müdafiə mərkəzində rəis müavini işləyir.