Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu gün başlamalı olan məhkəmə prosesi təxirə salınıb.
Banker.az xəbər verir ki, buna səbəb məhkəmə heyətinə daxil olan hakim İlham Mahmudovun verdiyi koronavirus testinin pozitiv çıxması olub.
Hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq iş üzrə hazırlıq iclası avqustun təyin olunub.
Xatırladaq ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.
Səlim Müslümov barəsində ilk olaraq həbs qətimkan tədbiri seçilsə də sonradan səhhətindəki problemlərlə bağlı ev dustaqlığına buraxılıb.