9 C
Baku
Thursday, December 12, 2024

Səlim Müslümovun məhkəməsi 37 günlük təxirə salınıb

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə düşüb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilməli olan iclasın təxirə salınmasına səbəb məhkəmə tərkibinə daxil olan hakimlərdən birinin məzuniyyətə çıxması göstərilib.

Prosesin aprelin 3-dək təxirə salındığı bildirilib.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər