Həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhəti pisləşib.
O, saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
S.Müslümovun müayinəsindən sonra vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, S. Müslümov 1 ildən çoxdur ki, həbsdədir. O, ötən ilin fevralında DTX tərəfindən saxlanılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub.
Xəbəri ilk olaraq APA yayıb.