10 C
Baku
Thursday, November 14, 2024

Səməd Seyidov: Bu məlumat tamamilə yalandır

AŞPA-dakı heyətin rəhbəri səhhətində yaranan problemə görə qış sessiyasına gedə bilməyib.

“Mənim Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən azad olunmağımla bağlı məlumat tamamilə yalandır”.

Bunu AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
O qeyd edib ki, bu məlumatların heç bir əsası yoxdur və səhhətimdə yaranan problemlərə görə AŞPA-nın qış sessiyasına qatıla bilməyib. Bunun üçün də onu nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov əvəz edib.

“Həqiqətə uyğun olmayan xəbərlərin yayılması Azərbaycanın imicinə xaricdə zərbə vura biləcək məsələdir. Ona görə də jurnalistlərdən xahiş edirəm ki, hansısa məlumatı verməmişdən qabaq nümayəndə heyətinin rəhbərinin münasibətini öyrənsinlər”.

S.Seyidovun uzaqlaşdırılması haqqında haqqın.az saytı yazıb. Məlum olub ki, Robert Uolterin “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması” məruzəsinin müzakirəsinə cəmi bir həftə qalmış Səməd Seyidov AŞPA-ya məktub göndərib.

Həmin məktubda Azərbaycan torpaqlarının işğalı faktı qeyd olunmayıb və Ermənistanın hərbi təcavüzünün AŞPA tərəfindən qınanmasına çağırış əksini tapmayıb. Məktubun, demək olar ki, bütün məzmunu AŞPA-nın sülhməramlı fəaliyyətinə və bu fəaliyyətin regionda gücləndirilməsinin vacibliyinə həsr olunub.

Robert Uolterin məruzəsi üzrə səsvermə zamanı erməni nümayəndə heyəti və lobbisi bu məruzənin əsassız olmasını sübuta yetirmək üçün Səməd Seyidovun məktubundan istifadə ediblər və bu, sənədin qəbul edilməməsinin əsas səbəblərindən biri olub.

Bundan sonra qərara alınıb ki, Səməd Seyidov AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılsın. Onun yerinə isə millət vəkili Vüsal Hüseynov təyin olunub.

35 yaşlı Vüsal Hüseynov Harvard universitetinin məzunudur. Müxtəlif dövrlərdə Prezident Administrasiyasında çalışıb və Korrupsiya ilə mübarizə üzrə komissiyanın katibi olub. 2015-ci ildə Ucar rayonundan millət vəkili seçilib. Vüsal Hüseynov Harvard universitetinin məzunudur.

ANS Press

Bizi twitterdə izləyin @Bankeraz

Son xəbərlər
Digər xəbərlər