9 C
Baku
Monday, November 18, 2024

Səmərqənddə Əfqanıstan üzrə regional “dördlük” görüş keçirib – Yenilənib

12:48

Rusiya, İran, Çin və Pakistan ABŞ-ı Əfqanıstandakı vəziyyətə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.

Bu barədə Rusiya, İran, Çin və Pakistan XİN rəhbərlərinin Səmərqənddə keçirilən qeyri-rəsmi görüşün yekunlarına dair birgə bəyanatında deyilir.

Bu ölkələrin XİN başçıları həmçinin Vaşinqtondan Əfqanıstana qarşı tətbiq edilən birtərəfli sanksiyaları dərhal ləğv etməyi və bu dövlətin xarici aktivlərini geri qaytarmağı tələb ediblər.

Rusiya, İran, Çin və Pakistan həmçinin, Əfqanıstandakı Taliban hakimiyyətini qadınlar üçün məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Bəyanatda Taliban inklüziv hökumət yaratmağa və milli azlıqlar üçün məhdudiyyətləri aradan qaldırmağa təşviq edilib.

***

09:55

Özbəkistanın Səmərqənd şəhərində Əfqanıstan üzrə regional “dördlük” Rusiya, İran, Çin və Pakistan xarici işlər nazirlərinin görüşü keçirilir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında paylaşım edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər