9 C
Baku
Thursday, December 12, 2024

Şəmkirdə market işçisi 450 min manatdan çox pulu mənimsəyib

Şəmkirdə “Zirvə” adlı marketdə kassir işləmiş Şəmkir şəhər sakini Laura Əliyevanın işlədiyi 2017-2020-ci illər ərzində ona etibar edilmiş 451 min 688 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müyyən edilib.

Banker.az xəbər verir ki, dekabrın 17-də Laura Əliyeva Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Şəmkir rayon sakini Ramin Əliyevə məxsus “Zirvə” adlı marketdə pul vəsaitinin mənimsənilməsi faktı bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə istintaq aparılır. Hazırda istintaq davam edir.

Son xəbərlər
Digər xəbərlər