8 C
Baku
Monday, November 18, 2024

Şəmkirdə market sahibi cərimələndi- 6 tondan artıq istehlaka yararsız məhsul satışda olub

Şəmkir rayonunun Düyərli kəndində fəaliyyət göstərən fiziki şəxs Zabit Müseyib oğlu Namazova məxsus “Grand” ərzaq satışı mağazasında ümumi çəkisi  6.075 kiloqram müxtəlif çeşiddə şirniyyat və xama məhsulunun, eləcə də 9 litr meyvə şirəsinin yararlılıq müddətinin bitdiyi aşkarlanıb.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Agentlikdən verilən məlumata əsasən, mağazada qeydə alınan nöqsanlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub və istehlaka yararsız məhsulların satışdan çıxarılması barədə qərar qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər