Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən monitorinqlər zamanı Şəmkir şəhəri, R.Rəhimov küçəsində fəaliyyət göstərən fiziki şəxs Həsənov İsrafil Qərib oğluna və rayonun Sabirkənd kəndində fəaliyyət göstərən Əliyev Nurlan Məhəmməd oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirilib.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Baxış zamanı məntəqələrdə antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin və baytarlıq ekspertizası aparılmadan ət satışının həyata keçirildiyi müəyyən olunub. Aşkar edilmiş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.