26 C
Baku
Tuesday, April 30, 2024

Sənədli əməliyyatlar şöbəsi. Aparıcı mütəxəssis/mütəxəssis – Azər-Türk Bank

Dil bilikləri: Azərbaycan dili səlis, ingilis və rus dilləri yaxşı səviyyədə

Təhsil: Maliyyə, İqtisadiyyat və ya Bankçılıq üzrə Bakalavr dərəcəsi

Vəzifə ilə bağlı tələblər

  • Yüksək analitik qabiliyyətlər;
  • Biznes bankçılığı məhsulların və biznesin maliyyə analizi (biznesin maliyyələşməsi, beynəlxalq əməliyyatlar, tranzaksiyalar üzrə biliklər və bacarıqlar) üzrə təcrübə;
  • Faktorinq məhsulu üzrə biliklər;
  • Ticarətin Maliyyələşdirilməsi və Faktorinq sahələrində təcrübəsi olan namizədlərə üstünlük verilir;

Vəzifə öhdəlikləri:

  • Yerli və beynəlxalq standartlara uyğun qarantiya və akkreditivlərləəlaqəli proseslərin müəyyənləşdirilməsi və idarə olunması;
  • Müştərilərin qarantiya / akkreditivlər üzrə sorğularının emal edilməsi
  • Müxbir banklarla danışıqların aparılması bacarığı;
  • Müştərilərin ehtiyaclarını nəzərə alaraq, düzgün həllərin təklif edilməsi;
  • Şöbə tərəfindən aparılan əməliyyatlar üzrə sənədlərin formalaşdırılması və arxivləşdirilməsi;
  • Sənədli əməliyyatlar şöbəsinin portfeli üzrə müvafiq hesabatların hazırlanması;
  • Faktorinq məhsulu üzrə əməliyyatlara nəzarət, müştərilərin sorğularının emal və idarə olunması;

Digər

Komandada işləmək, işgüzar ünsiyyət qurmaq bacarığı

Son xəbərlər
 ⁠
Digər xəbərlər