10 C
Baku
Tuesday, November 5, 2024

Sənədsiz evlərlə bağlı xüsusi komissiya yaradılıb

“Sənədsiz evlər, təbii ki, ölkədə hamını maraqlandıran və köklü həllini gözləyən önəmli məsələlərdən biridir”.

Bunu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Nigar Alimova mətbuata açıqlamasında deyib.

O qeyd edib ki, bu problem bir çox dövlət orqanlarının əlaqələndirici fəaliyyətinin həyata keçirilməsini nəzərdə tuturdu:

“Bu gün tədbirlər planımızda da bununla bağlı müddəalar var. Bu məqsədlə, məhz İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə bu fəaliyyəti tənzimləməyə cəlb olunacaq dövlət orqanlarının iştirakı ilə – Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, yerli icra hakimiyyəti orqanları və s. – xüsusi komissiya yaradılıb.

Komissiyanın fəaliyyətinin əsas məqsədi bu sahədə olan problemlərin həllinə yönəlmiş normativ-hüquqi aktların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsidir. Artıq ilkin olaraq layihə üzərində müzakirələr başlayıb”.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər