Müəlliflər: N.R.Bottom və R.R.C. Qallati (N.R.Bottom & R.R.J.Gallatti) rəqib kəşfiyyatı və bençmarketinq sahəsində ən uğurlu əsərlərin müəllifləridirlər.
Sənaye casusluğu yaxın bir zamanlarda yaranmış təhlükədir və nə qədər ki, yer üzündə bəşəriyyət mövcuddur, çətin ki, o nə vaxtsa yoxa çıxsın. Qarşımıza çıxan köhnə və yeni nümunələr sənaye casusluğunun ilk növbədə texnoloji bilgilərin qeyri qanuni ötürülməsi zamanı uğurla tətbiq edildiyini göstərir.
Texnologiyanın ötürülməsi dedikdə – materialların və ya məlumatın, məhsul və avadanlıq nümunələrinin qeyri qanuni şəkildə müəssisə xaricinə çıxarılması nəzərdə tutulur. Heç də həmişə olmasa da, əksər hallarda belə ötürmənin əsas metodu kimi sənaye casusluğundan istifadə olunur. Digər hallarda isə texnoloji bilgilərin ötürülməsi ixracat işinin qeyri mütəşəkkil təşkili, ixracata düzgün nəzarət olunmaması və ya saxta müştəriyə çatdırılma adı altında qeyri qanuni daşınmalar nəticəsində baş verir. Bir sıra hallarda zərərçəkən tərəflər öz sektorlarında iqtisadi itkilər ilə üzləşir, həmçinin strateji üstünlüklərini əldən verirlər. Köhnə və yeni nümunələr qeyri qanuni texnoloji ötürmələr zamanı uğurla edilmiş casusluq tətbiqini faktlarını birinci yerdə olduğunu göstərir.
Bank işi
Avropa bank evlərinin, öz maliyyə ehtiyatlarını və borclarının qorunmasının təmin edilməsi məqsədi ilə casusluqdan istifadə etməsi kifayət qədər uzun tarixə malikdir. Hesab edilir ki, Rotşildlərin bank evi (Frankfurt, London, Paris, Vena və Neapolda bölmələri ilə) öz dövrünün ən nəhəng kəşfiyyat sistemlərindən birini hazırlamışdır. Birinci dünya müharibəsinin gedişatında Rotşildlərin məxfi əlaqə sistemi, müharibənin iştirakçıları olan dövlətlərin əlaqə sistemindən daha yaxşı işləyirdi. Məsələn, Rotşildlərin Londondakı bankı döyüş meydanında baş verənlərə dair məruzələri daha tez alırdı, nəinki onlar rəsmi kanallar vasitəsi ilə baş nazirə daxil olurdu.
Hərbi dövrün əlaqə sistemi ilə yanaşı Rotşildlər, həmçinin işgüzar aləmin və hökumətin fəaliyyətini həm açıq aşkar metodlarla, həm də casusluq edərək hər bir xırdalığına qədər izləyirdilər. Bank hesablardakı hərəkəti izləməyin ən sevilən üsullarından biri onların üzərində xüsusi şifrlənmiş işarələrin qoyulması idi, onların tərkibində hər hansı bir şəxsə kapitalın hərəkəti haqqında müəyyən məlumat siqnalın verilməsi barədə tapşırıq olurdu, əsasən o başqa bir ölkədə yerləşən insan olmalı idi. Hesabın daşıyıcısı, bir qayda olaraq hal-hazırda avtomobillərdə quraşdırılmış elektron ötürücülərin roluna oxşar bir funksiya həyata keçirən bu tip işarələrin olmasından xəbərsiz idi.
İpək
Qədim dövrlərdə ipək çox yüksək qiymətləndirilirdi. İpəyin yeganə mənbəyi qədim Çin hesab olunurdu və onlar bu sahədəki tək hakimiyyətliliklərini ciddi şəkildə qoruyurdular. Ona görə də ipəyin qiyməti çox baha, çatdırılması isə məhdud formada idi. İpəyin karvanla çatdırılılması zamanı ortaya çıxan təhlükələr, vaxt itkisi və xərclərin çox olması bu işi çox çətin bir məşğuliyyətə çevirirdi. Vəziyyət fars kahinlərinin Roma imperatoru Yustinianı ziyarət etməsindən sonra dəyişdi. Kahinlər ipək hazırlanmasının sirlərini imperatora açdılar. Onlar izah etdilər ki, barama qurdlarına tut yarpağı yedirəndən sonra onlar barama qoyurlar, sonra isə bu barama açılaraq, ondan ipək saplar hazırlanır. Yustinianı inandırdılar ki, Yunanısatanın bəzi əyatlətlərindəki iqlim tut ağacının yetişdirilməsi üçün əlverişli olan iqlimə çox uyğun gəlir. O bəlkə də tut ağaclarını tapa bilərdi, bəs ipək qoyan barama qurdlarını haradan tapmaq mümkün olardı? Belə güman edilir ki, məhz elə həmin kahinlər çox səxavətli mükafat müqabilində Çinə qayıdaraq gizli şəkildə qaçaqmalçılıq yolu ilə ipəkqurdunu oradan çıxaraq Romaya gətirməyə razılaşmışdılar və buna çox uğurla nail oldular da. Yustinian öz var-dövlətinin miqdarını dəfələrlə artırdı, Çin isə xarici ticarətində ona milyonlarla gəlir gətirən bir sahədən məhrum oldu.
Toxuculuq
Əvvəllər amerika kolonistləri fabrik məhsullarının (xüsusi ilə də mahud) əldə edilməsində İngiltərədən asılı idilər. Əvəzində İngiltərəyə koloniyalardan həyati əhəmiyyət daşıyan xammal, oduncaq və kənd təsərrüfatı malları, həmçinin pambıq və tütün gətirilirdi. Lakin bu mübadilədə daha çox koloniyalar itirirdilər, çünki İngiltərə idxal qiymətlərinə tam nəzarət edirdi, xüsusi ilə amerikalıların fikrinə əsasən toxuculuq məmulatları həddən ziyadə baha idi. İngiltərə Yeni Dünyaya toxuculuq sahəsində mütəxəssis olan insanların miqrasiya etməsinə, həmçinin bura fabrik avadanlığının və ya onların hazırlanması üçün çertyojların da gətirilməsinə də qadağa qoymuşdu. Samuel Sleyter (Samuel Slater) işə qol qoymayana qədər, vəziyyət çox çarəsiz təsir bağışlayırdı.
Amerikada sənaye inqilabının başlamasını adətən 1789-cu ildə, Sleyterin Rod-Aylend ştatının Potakete şəhərində onun öz adını daşıyan toxuculuq fabrikinin əsasını qoyduğu vaxtla bağlayırlar. O ingiltərədə usta köməkçisi kimi çalışaraq, toxuculuq fabriklərinin avadanlıqlarının çertyojlarını öyrənmiş və sonra isə İngiltərədən sürüşüb çıxaraq (ola bilsin ki, amerikalı maliyyəçinin köməyi ilə), koloniyalara gəlməyə nail olmuş və burada qazandığı bilikləri İngiltərənin monopoliyasını dağıtmaq məqsədi ilə istifadə etmişdir.
Kauçuk
Yeni əsrin başlanmasına qədər Braziliya kauçuk istehsalında demək olar ki, monopoliya mövqeyini qoruyub saxlamışdı. Braziliya iqtisadiyyatı böyük miqdarda kauçuk sənayesinin inkişafından asılı idi, bu da öz növbəsində dövlət çiçəklənməsini və əhalinin əsas məşğulluğunu təmin etməkdə böyük rol oynayırdı. Lakin bir sıra digər dövlətlər Braziliyanın kauçuk istehsalındakı monopoliyasını aradan qaldırmaq və bu sahədən öz faydalarını-qazanclarını götürmək niyyətində idilər, çünki kauçukdan istifadə getdikcə daha da artır və ona olan tələbat yüksəlirdi. İngiltərə şirkətlərindən biri fəaliyyətə keçənə qədər situasiyadan bir çıxış yolu görünmürdü.
Braziliya hökumətinin kauçuk maddəsinin ölkə xaricinə çıxarılmasını kəskin surətdə qadağa etməsinə baxmayaraq, qeyri qanuni şəkildə bir və ya iki kauçuk bitkisini Braziliyadan İngiltərəyə gətirmək mümkün oldu. İngiltərəli bağbanlar kauçuk bitkilərini istixanada yetişdirməyə başladılar və onların becirlmə imkanlarını araşdırdılar. Onlar həmin bitkləri Malay ərazisində yetişdirmək qərarı verdilər, çünki orda becərilmə üçün müvafiq iqlim var idi və həmin dövrlərdə Malay Britaniya imperiyasının tərkibində idi. Çox keçmədi ki, Malay kauçuku dünya bazarında Braziliyanı sıxışdırmağı bacardı və bunun nəticəsində Braziliya iqtisadiyyatı tənəzzül mərhələsinə yaxınlaşırdı. İkinci dünya müharibəsi illərinə qədər, Böyük Britaniya kauçuk satışından bolluca bəhrə götürə bildi, əvvəlcəYaponiya Malayı işğal etdi, daha sonra isə kauçuku əvəz edən müxtəlif maddələr ixtira olundu.
Daxili sənaye casusluğu
Sənaye casusluğunun qurbanı olmuş Amerika korporasiyaları əksər hallarda belə faktlar haqqında məlumatın üzə çıxmasında maraqlı olmurlar. Bu sahədə aparılmış son araşdırmaların göstərdiyi kimi, qanundan kənar fəaliyyət növlərinin gizlədilməsi faktlarının bir sıra obyektiv səbəbləri vardır. Gözlənilməz sənaye casusluğu hallarına gəldikdə isə qanunlar əksər hallarda onlara qarşı gücsüz olur. Məhkəmə dinləməsi və ya şahidlərin ifadə verməsi nəticəsində daha çox sənaye sirlərinin açılması ehtimal edən insanlara da haqq qazandırmaq mümkündür. Digər tərəfdən isə korporasiyalar uğurlu casusluq əməliyyatları barədə məlumatların cəmiyyətə açıqlanmasını ona görə məqsədə müvafiq hesab etmirlər ki, bu növ etiraflar onların reputasiyasına kölgə sala bilər. Həm də elə ola bilər ki, gizli casusluq faktlarının üstü sadəcə açılmasın və müəssisə müəyyən uğursuzluqları başqa səbəblərin ayağına yazsın.
1991-ci ilin sonunda Şimali Kaliforniya ştat polisi Oklenddə yerləşən Mother’s Cake and Cookie kompaniyasının işdən xaric edilmiş mühasibinə şirkətin bir sıra reseptlərini rəqib müəssisəyə satmaq cəhdi barədə ittiham irəli sürmüşdür. Rəqib müəssisə olan Pepperidge Farms əvvəlcə özünü elə göstərmişdir ki, guya təklifi qəbul etməyə hazırdır, daha sonra isə bu barədə rəsmi orqanlara məlumat vermişdir.
1991-ci ildə Ohayo ştatının Klivlend şəhərində yerləşən Combustion Engeneering (yanacaq mühəndisliyi) firması son zamanlar ərzində ehtiyat hissələrə dair sifarişlərin kəskin şəkildə azaldığını müşahidə etmişdir. Rəhbərlik səbəbi büruzə etmək üçün şəxsi xəfiyyələr tutdu. Müəyyən oldu ki, şirkətin bir qrup keçmiş işçisi Combustion Engeneering-dən bir sıra sxemləri oğurlayaraq özlərinin ehtiyat hissələr istehsalını yaratmışlar. Keçmiş işçilərdən dördü istehsal sirlərinin oğurluğunda ittiham olunmuşdur.
1998-ci ildə Miçiqan ştatının hakimi Hanter Steyr (Hunter Stair) Detroyt rayonunda fəaliyyət göstərən zirehli (güllə keçirməz) avtomobillər hazırlayan Caddilac Gage şirkətinin digər rəqib müəssisəyə qarşı qaldırmış olduğu iddianı təmin etməkdən imtina etdi. Caddilac Gage rəqib müəssisəsini qiymətli çertyojlar oğurluğunda təqsirləndirirdi. Lakin hakim Steyr qeyd etmişdir ki, Caddilac Gage-nin istehsal korpusu adətən açıq qalırmış və cizgi kağızları da iş yerlərində olurmuş. Prosesin gedişində ittiham olunan tərəfin müdafiəçisi özü heç bir maneəyə rast gəlmədən Caddilac Gage Floridadakı zavodlarından birinə daxil olmuş, həmçinin çoxlu miqdarda fotoşəkil çəkmiş və bu baxımdan müəssisə işçilərinin heç birinin iradı ilə üzləşməmişdir.
Mobil Oil kompaniyası 1978-ci ilin sentyabrında məhkəmə müraciət edərək, Superior Oil kompaniyası öz işçi personalının üzvlərinn adını dəyişməsində və istehsal sirlərini talamaqda ittiham etmişdir. Mobil Oil ehtiyat edirdi ki, onun keçmiş işçiləri icarə müqavilələrinin və araşdırma müraciətlərinin sirlərinin açıqlayacaq. Göstərilirdi ki, işçilərin adının dəyişməsi praktikası artıq iki ildir ki, davam edirmiş. Bu növ şikayətlər neft sektorunda və ya digər sahələrdə heç də az rast gəlinən hadisə deyil və nəticədə elmi işçilərinin tərkibi və ixtisaslaşmış mütəxəssislərin heyəti tez-tez dəyişir.
F.T.Dünlap (Francis Thomas Dunlар) 1978-ci ilin sentyabrında P.K.Qopal (Peter K.Gopal) ilə görüşmüşdür. Dünlap özünü National Semiconductor kompaniyasının işçisi kimi təqdim etmiş, əslində isə həmin vaxtlar İntel korporasiyasına işləyirdi. Hər iki şirkət Kaliforniya ştatının Kremniova vadisində yerləşən və dövrün ən qabaqcıl texnologiyaları sahəsində ixtisaslaşmış firmalar idi. Qopal o zamanlar təlabatın kəskin yüksəldiyi yaddaş kristallarının çertyojlarını almağı Dünlapa təklif etmişdi. Dünlap onlara görə 100 min dollar ödəməyə razı olduğunu bildirdi. Onların bu söhbəti əslində İntelin təhlükəsizlik xidmətinin işçisi olan Dünlapın özü və Santa Klara dairə polisi tərəfindən lentə yazılmışdı. Bir neçə gündən sonra Qopal və Dünlap guya ki, sövdə bağlamaq üçün görüşəndə, Qopal əvvəlcə həbs olundu, sonra isə ona ittiham irəli sürüldü.
Kanadalı Kannet Brenan (Kenneth Brehnan) 70-ci illərin əvvəlində Mayami universitetini bitirdikdən sonra Coulter Electronics firmasında işə düzəlmişdi. Firma qan analizi üçün elektron avadanlıqlar hazırlanmasına görə qabaqcıl yerlərdən birində gedirdi. Coulter Electronics hətta Brenanın kollecdəki tədqiqat işinin pulunu da ödəyirdi. Lakin Brenan diş həkimliyi məktəbinə daxil olmaq istəyirdi, çünki firmadakı əməkhaqqının az olduğunu hesab edirdi. Beləliklə o firmanın ən vacib məhsullarından biri olan qan hissəciklərinin sayılması üçün hazırlanmış, sözün əsl mənasında bu texnologiyalar sahəsində son model olan Model S Plus aparatının çertyojunu oğurlamaq qərarına gəlmişdir. Robert Lemb (Robert E. Lamb) adlı bir insanın vasitəçiliyi ilə o, müəssisəyə bir neçə milyon dollara başa gəlmiş çertyojları rəqiblərə satmağı təklif etmişdi.
Lembə yazdığı məktubda Brenan çertyojun alınmasında maraqlı ola bilən korporasiyaların adını da sadalamışdı. “Biz iki cür edə bilərik, o yazırdı — ya hazırda mənim üzərində işlədiyim proyekt haqqında məlumat sata (məndə bütün lazımı sxemlər var), ya da digər şirkətlər üçün maraqlı olan informasiya tapa bilərik. Onlardan soruş ki, dəqiq nə istəyirlər və buna görə nə qədər pul verməyə hazırdılar”. Lemb Technicon şirkətindən cavab almışdı ki, o şirkət də öz növbəsində polisə də xəbər vermişdi. Lemb çertyoju satmaq üçün Nyu-Yorka yola düşdü və orada da həbs olundu. Brenanı isə Floridada bir neçə gündən sonra həbs etdilər. Cinayətkar cütlük çertyoja görə 40 min dollar istəmişdi, bundan əlavə onlar 60 min dollara Coulter Electronics-də istehsal sabotajı təşkil edə biləcəklərini də söyləmişdilər. Lemb məhkəmədə oğurluq əmlaka malik olduğunu etiraf etmişdilər. Brenenın isə saxtakarlıq və fırıldaqçılıqda günahı sübuta yetirilərək, 1 min dollar məbləğində cərimə edildi.
Chesebrough-Ponds kompaniyasının rəhbərliyi, musiqi alətləri istehsalı ilə məşğul olan çox da böyük olmayan Laurie firması, həmin firma tərəfindən hazırlanmış və potentləşdirilmiş musiqi alətinin müəlliflik hüququnu mənimsəməkdə ittiham olunurdu. Bildirildi ki, müəllif hüquqlarının mənimsənilməsi 1974-1975-ci illər ərzində baş vermişdir. Mübahisənin mərkəzində isə plastmas qutulu trubkadan və pinq-ponq oyunu üçün balaca kürəcikdən ibarət bir nəfəsli musiqi aləti dayanırdı. Trubkaya nəfəs üfülədikcə kürəcik havaya qalxırdı. Laurie reklam elanlarında bu aləti musiqiçilər üçün nəfəs orqanlarını məşq elətdirmək üçün nəzərdə tutulmuş bir vasitə kimi təqdim edirdi. Lakin onu başqa məqsədlərlə istifadə etmək mümkün idi: bir sıra yataq rejiminə məhkum olmuş xəstələr nəfəsalma orqanlarının gimnastikasına ehtiyac duyurdular. Laurie firması xəstəxana avadanlığının istehsalı üzrə ixtisaslaşmış Chesebrough-Ponds korporasiyası ilə danışıqlara başladı.
Laurie-nin Nyu-York ştatının ali məhkəməsinə təqdim etdiyi sənədlərdə göstərilirdi ki, Chesebrough-Ponds bilərəkdən onun patent hüquqlarını pozur. Laurie hüquqşünasları tərəfindən Chesebrough-Ponds-un arxivlərində tapılan yazılarda proyektn məxfi-kodlaşmış adının “Oğurluq” olduğu üzə çıxmışdır. Chesebrough-Ponds Laurie ilə danışıqlara son qoyaraq, Laurie-nin patentləşdirmiş olduğu məhsulun demək olar ki, eynisini yeni tərtibatda istehsal etməyə başladı. İlk üç il ərzində təxminən 13,5 milyon dollarlıq belə alət satılmışdı. Məhkəmə Chesebrough-Ponds-un Laurie-nin ixtirasını mənimsəməsi haqqında qərar çıxardı və onu Laurie-nin xeyrinə 1,5 milyon dollar cərimə ödəməyə məhkum etdi.
Lakin sonra qərara yenidən baxıldı. Apelyasiya məhkəməsi üzə çıxardı ki, patent müraciətnaməsində Laurie hazırladığı musiqi alətinin quruluş formasının təsvirini vermişdir, buna görə də o sənaye sirri hesab oluna bilməz. Daha sonra hər iki şirkət öz aralarında ümumi razılığa gəlməyə müvəffəq oldular.
FTB-in (federal təhqiqatlar bürosu) məruzələrinə əsasən onun əməkdaşları 1992-ci ildə onlar bir kompüter firmasının Virciniya ştatının Arlinqton şəhərində planlar paketinin rəqib bir firmaya satılması üçün hazırlanmış sövdənin üstünü açmağa nail olmuşdur. Məlumata əsasən Computer Sciences firmasının ABŞ-nın təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq etməsində dair planların satılması nəzərdə tutulmuşdur. Firma 40 milyon dollarlıq bir müqavilə imzalamağı fikirləşirdi. Rəqib firmaya isə bu məlumatlar 150 min dollara satılmalı idi. Alqını FTB-nn məxfi agentləri həyata keçirirdi, nəticədə iki nəfər həbs olundu.
Sənaye casusluğunu sübut edən əməliyyatlardan biri də Nyu-Yorkda Kennedi hava limanın tualetində baş vermişdir. O, Crest diş məcununun marketinq planlarında aid olmuşdur. Procter & Gamble firmasının keçmiş əməkdaşı Yudcin Meyfld (Eugene Mayfield) “Kolqeyt” məcununu istehsal etməyə hazırlaşan Colgate-Palmolive kompaniyasının planını 20 min dollara təklif etmişdir. Procter & Gamble şirkətinin rəhbərliyi isə daha sonra bu planı 1 milyon dollar məbləğində qiymətləndirmişdir.
Colgate-ə FTB-nin təklifi haqqında məlumat verildi, FTB-nin işçiləri isə Meyfild ilə Kolqeytin işçiləri arasında görüş təşkil etdilər. Pullar və sənədlər iki qonşu tualet otağı arasında dəyişdirildi. Meyfildin tələbinə əsasən alıcı həm də öz şalvarını da vermişdi ki, o, tualetdən onu izləyəcəklərini qorxmadan rahat çıxa bilsin. Çöldə isə Meyfildi FTB-nin əməkdaşları gözləyirdilər, beləliklə o həbs olunur. Daha sonra o federal ittihama əsasən ştatlar-arası oğurluq əmlak daşınmasında özünü təqsirli bildi.
1998-ci ildə Du Pont De Nemour kompaniyası üçün Texasdakı metanol zavodunun tikintisi ilə məşğul olan inşaat briqadası başlarının üzərində uçan kiçik bir təyyarəyə diqqət yetirmişdir. “Du Pont” konserninin rəhbərliyi müəssisədə avadanlıqların yerləşdirlməsi mexanizminə əsasən metanol ilə bağlı istehsal sirlərinin üstünün açılacağından çox narahatlıq keçiriridi. Məkanın hələ ki, tavanı yox idi, belə ki içəridəki qurğuların qaldırıcı kran vasitəsi ilə quraşdırılması nəzərdə tutulmuşdu. Konsernin əməkdaşları müəyyən etdilər ki, təyyarə yaxınlıqda yerləşən özəl aviasiya kompaniyasının sahibi olan qardaşlara məxsusdur. Pilotlar məhkəmənin tələbi nəticəsində şəkil çəkmək faktını etiraf etdilər, sifarişçi qismində isə yerli sənaye konsultantının adını bildirdilər. Belə görünür ki, onun əsas məqsədi, zavodun istehsala nə vaxt başlayacağını və bu faktın onun müştərilərinə, həmçinin digər metanol istehsalçılarına necə təsir edəcəyini müəyyən etməkdən ibarət olmuşdur.
1992-c ilin sentyabrında Locksmith Ledger jurnalında dərc olunmuş yazıda bildirilirdi ki, rəqiblər səylə sərgidə verilmiş stendlərin fotolarını dərc etməyə davam edirlər, baxmayaraq ki, bu onlara bir neçə dəfə qadağan edilib.
Bir sıra sənaye sahələri, xüsusən də kimya, 1966-ci ildə qəbul olunmuş, daha sonra 1974-cü ildə dəyişikliklər edilmiş informasiya azadlığı haqqında qanundan öz narazılıqlarını bildirir. Federal təsisatlara əsasən işgüzar dairələrin təmsilçiləri məxfiləşdirilmmiş informasiyanın əhəmiyyətli bir dərəcəsini ABŞ hökumətinə təqdim etməlidir. Bu informasiya özündə peşəkar sirləri, tədqiqat işləri barədə hesablatları, dizayn və onların mülkiyyəti hesab olunan, başqa bir halda yayımlanması qadağan olan digər məlumatları əhatə edir. Qanun çərçivələri daxilində hər hansı bir məlumat əldə etmək üçün olan müraciətlərin əksəriyyəti rəqiblər tərəfindən gəlmiş olur, onlar digər müəssisələrin fəaliyyəti haqqında məlumat əldə etmək istəyirlər. İnformasiya müraciətlərində rəqib müəssisənin bazar təklifləri haqqında məlumat istəmək yol verilməzdir. .
Allen Dallas (Allan Dulles) yazırdı: “Amerikalılar məxfi saxlanılmalı işlər haqqında danışmağa, hədindən çox meyllidir. Mən fikirləşirəm ki, biz öz sirlərimizi çox tez-tez açırıq, xüsusən də hərbi silahlanma və təchizat sahəsində”.