8 C
Baku
Sunday, November 17, 2024

Sənaye istehsalında göstəricilər açıqlandı: Tikinti materiallarının istehsalı 72% artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-aprel aylarında 27.4 mlrd. manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.7% çox sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 0.3%, qeyri neft-qaz sektorunda isə 15.1% artmışdır.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 74.5%-i mədənçıxarma sektorunda, 21.1%-i emal sektorunda, 3.9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0.5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3.9% azalıb, əmtəəlik qaz hasilatı isə 16.5 faiz artıb.

Komitənin məlumatına əsasən, emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 4.4 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2.5 dəfə, əczaçılıq məhsullarının istehsalı 2 dəfə, tikinti materiallarının istehsalı 72.3%, elektrik avadanlıqlarının istehsalı 60.8%, mebel istehsalı 58.4%, geyim istehsalı 55.4%, kimya sənayesi məhsullarının istehsalı 52.2%, hazır metal məmulatlarının istehsalı 34.3%, maşın və avadanlıqların istehsalı 30.8%, poliqrafiya məhsullarının istehsalı 30.3%, metallurgiya sənayesi məhsullarının istehsalı 27.9%, kağız və karton istehsalı 26.1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 20%, qida məhsullarının istehsalı 8.5%, ağacın emalı və ağacdan məmulatların istehsalı 5.8% artıb, neft məhsullarının istehsalı 7.2%, toxuculuq sənayesi məhsullarının istehsalı 11.2%, tütün məmulatlarının istehsalı 11.8%, kompüter, elektron və optik məhsulların istehsalı 12.3%, içkilərin istehsalı 14.3%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 24.2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 26.1% azalıb.

DSK-dan bildirilir ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2.7%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10.1% artıb.

Son xəbərlər
Digər xəbərlər