1 C
Baku
Saturday, December 14, 2024

Sənaye parklarındakı rezidentlərə verilən vergi güzəştlərinin müddəti uzadılıb

Gələn ilin yanvarın 1-dən qüvvəyə minən dəyişikliyə görə, Azərbaycandakı sənaye parklarındakı rezidentlərə verilən vergi güzəştlərinin müddəti 7 ildən 10 ilə qədər artırılıb.

Bunu Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

S.Musayevanın sözlərinə görə, vergi rejiminin dəyişdirilməsində əsas məqsəd sahibkarın fəaliyyətinin dəstəklənməsi və onun şəffaf şəkildə fəaliyyət göstərməsinə şərait yaratmaqdır: “Əgər qanunvericilikdə hər hansı tələb qoyulursa, dövlət çalışır ki, bu sahibkarın üzərinə əlavə yük olmasın”.

Nazirlik rəsmisi deyib ki, fərdi mənzillərin satılması ilə bağlı güzəşt müddəti 5 ildən 3 ilə endirilib: “Əgər bu vaxta qədər fərdi mənzillərdə satış zamanı qeydiyyat müddəti minimum 5 il idisə, bu rəqəm 2020-ci il yanvarın 1-dən 3 ilə endirilib”.

©Report

Son xəbərlər
Digər xəbərlər