-3 C
Baku
Sunday, December 15, 2024

Sənaye və texnologiyalar parklarındakı sahibkarların əmlak vergisindən azad edilməsi müddəti artırılıb

Bu gündən Azərbaycanın sənaye və texnologiyalar parklarında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər qeydiyyata alındıqları ildən başlayaraq 10 il ərzində əmlak vergisi ödəməyəcəklər.

Bu məsələ bu gün qüvvəyə minən “Vergi Məcəlləsi”nə edilən yeni dəyişikliklərdə öz əksini tapıb.

Yeni dəyişikliyiklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarına uyğun olaraq yaradılmış sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə sənaye və texnologiyalar parkındakı əmlaklarına və torpaqlarına tətbiq edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərin müddəti 7 ildən 10 ilədək artırılıb.

Xatırladaq ki, indiyə qədər bu müddət 7 il olub. 

Report

Son xəbərlər
Digər xəbərlər