14 C
Baku
Saturday, November 23, 2024

Sənaye zonaları üzrə ixracın həcmi 3 dəfəyə yaxın artıb

İndiyədək sənaye zonalarında ümumilikdə 5.8 mlrd. manatlıq məhsul istehsal edilib ki, bunun da 1.7 mlrd. manatlıq hissəsi (təqribən 29 %-i) ixrac olunub.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, 2020-ci ildə sənaye zonalarında 1.27 mlrd. manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ildə 88.3% çox, yəni 2.4 mlrd. manat dəyərində (qeyri-neft sektorunda xüsusi çəkisi 15.5%) məhsul istehsal olunub. Ötən il sənaye zonaları üzrə ixracın həcmi 2020-ci illə müqayisədə 2.7 dəfə artıb (qeyri-neft sənaye məhsullarının ixracında payı 30.8%).

Sənaye zonalarında istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, “Made in Azerbaijan” brendi adı ilə dünyanın 35-dən çox ölkəsinə ixrac edilib.

Son xəbərlər
Digər xəbərlər