Bu günə qədər sənaye zonalarının rezidentləri tərəfindən 6.4 mlrd. manat, o cümlədən, 2021-ci il üzrə 247.7 mln. manat investisiya yatırılıb, 9 700-dən çox iş yeri yaradılıb.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində məlumat verib.
Mövcud layihələr üzrə əlavə olaraq 370 mln. manatdan çox investisiyanın yatırılması və 2 400-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.