11 C
Baku
Tuesday, November 26, 2024

Sənaye zonalarına 460 mln. ₼-a yaxın investisiya yatırılacaq

İndiyədək sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 65-i artıq fəaliyyətə başlayıb.

Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, 2022-ci ildə bu müəssisələr tərəfindən ümumilikdə 2.9 mlrd. ₼ dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 mlrd. ₼-ı ixracın payına düşür. 2021-ci illə müqayisədə satış 20.6%, ixrac isə 10.08% artıb.

Nazir onu da bildirib ki, mövcud layihələr üzrə əlavə olaraq 460 mln. ₼-a yaxın investisiyanın yatırılması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər