Sənaye zonalarında ümumi investisiya həcmi 7,1 milyard manatdan çox olan 128 müəssisə qeydiyyatdan keçib və onlardan 66-sı istehsal fəaliyyətinə başlayıb.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Mövcud layihələr üzrə 600 milyon manata yaxın investisiya yatırılması, 4,800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur”, – nazir əlavə edib.