Sənaye zonaları iqtisadiyyatın diversifikasiyasında, xüsusilə qeyri-neft sənayesinin inkişafında mühüm rol oynayır.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter hesabında məlumat verib.
Nazir qeyd edib ki, 2021-ci il ərzində sənaye zonalarında 2,4 mlrd. manat dəyərində məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 88.3% çoxdur. Ötən il sənaye zonalarının qeyri-neft sənaye istehsalında payı 15.5%-ə yüksəlib, qeyri-neft sənaye istehsalının artımındakı payı isə 30% təşkil edib.