17 C
Baku
Saturday, May 18, 2024

Sənaye zonalarından indiyədək 2.9 mlrd. manatlıq məhsul ixrac olunub

Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında indiyədək ümumilikdə 8.8 mlrd. manatdan çox məhsul istehsal edilib, bunun 2.9 mlrd. manatlıq hissəsi (təqribən 33%-ə yaxın hissəsi) ixrac olunub.

İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, 2022-ci ildə sənaye zonalarının rezidentləri tərəfindən 2.9 mlrd. manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1.1 mlrd. manatı ixracın payına düşür.

“2021-ci illə müqayisədə satış 22.7%, ixrac isə 13% artıb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16.7%, ixracında isə 29.5% təşkil edib”, – məlumatda qeyd olunur.

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. ölkələrə) ixrac edilib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər