2025-ci ildə Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində artım olacağı proqnozlaşdırılır.
Bunu yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.
“O cümlədən, sənayedə 3,7%, kənd təsərrüfatında isə 2,5% artım gözlənilir”, – deyə o qeyd edib.
Xatırladaq ki, Azərbaycan hökuməti bu il Naxçıvanda iqtisadi artımın 3,9% olacağını, Muxtar Respublikada 1 milyard 498,7 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal ediləcəyini proqnozlaşdırır.