14 C
Baku
Saturday, November 16, 2024

Səngəçal terminalından 114 mln. barel neft və 12.5 mlrd. kubmetr “Şahdəniz” qazı göndərilib

Bu ilin birinci yarısında Səngəçal terminalından təqribən 114 mln. barel neft və 12.5 mlrd. kubmetr Şahdəniz qazı göndərilib.

BP-dən verilən məlumata görə, hazırda terminal gündəlik 1.2 mln. barel neft və kondensat və 100 mln. kubmetr qaz (o cümlədən 81 mln. kubmetr Şahdəniz qazı) ixrac etmə gücünə malikdir.

Qeyd olunur ki, Şahdənizdən ilk hasilat başlandığı vaxtdan ümumilikdə təqribən 170 mlrd. kubmetr qaz və 38 mln. ton kondensat əldə edilib.

Şahdəniz 2 layihəsi çərçivəsində tikinti işləri qərb-cənub cinahından hasilatın başlanması qrafikinə uyğun irəliləyib – əsas sualtı quraşdırma işləri başa çatıb; sualtı xətlərin birləşdirilməsi üçün dalğıc işləri tamamlanıb; qərb-cənub cinahı layihəsi üçün Şahdəniz Bravo platformasının üzərində aparılan tikinti işləri başa çatmaq üzrədir; ilkin istismar sınaqları və yoxlama işləri davam edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər