6 C
Baku
Monday, December 16, 2024

Sənin dünyan – sənin öz əksindir!

Yolun üzərində əyri bir ağac bitmişdi. Bir dəfə polislərdən qaçan oğru uzaqdan ağacın siluetini görür və qorxudan onun yolun üzərində dayanmış polis olduğunu zənn edir. Buna görə də dəhşət içində yolunu dəyişərək qaçır.

Bir gecə aşiq gənc oğlan yoldan keçirdi. Uzaqdan dumanlı şəkildə silueti görür və bunun görüşünə tələsdiyi sevgilisi olduğunu zənn edir. O sevinir və iti addımlara ağaca tərəf gedir.

Bir dəfə ağacın yanından anası ilə birgə bir azyaşlı uşaq keçirdi. Daha əvvəl eşitdiyi qorxulu nağıllardan qorxmuş uşaq ağacın siluetini gördükdə onun nağıllardakı ruhlardan olduğunu zənn edir və ağlamağa başlayır.

Lakin ağac elə həmişə ağac idi.

Ətrafımızdakı dünya yalnızca bizim özümüzün əksidir. Gördüklərimiz, görmək istədiklərimizdir.

Son xəbərlər
Digər xəbərlər