22 C
Baku
Friday, October 4, 2024

SƏRƏNCAM: Narkoloji Mərkəzdə yanğınla bağlı komisya yaradıldı, Abid Şərifov sədr seçildi

Bu gün, Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Narkoloji Mərkəzdə yanğın baş verib və son məlumata görə, yanğın söndürülüb, hadisə yerinin müayinəsi zamanı 25 nəfərin meyiti aşkar edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir:

“Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri

  • Abid Şərifov ─ Azərbaycan Respublikası Baş nazirinin müavini
  • Komissiyanın üzvləri:
  • Azərbaycan Respublikasının daxili işlər naziri
  • Azərbaycan Respublikasının fövqəladə hallar naziri
  • Azərbaycan Respublikasının Baş prokuroru
  • Azərbaycan Respublikasının səhiyyə naziri
  • Azərbaycan Respublikasının maliyyə naziri
  • Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
  • Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
  • Bakı şəhər İcra Hakimiyyətinin başçısı
  • Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı

2. Dövlət Komissiyası:

2.1. hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;

2.2. hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etsin;

2.3. yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etsin;

2.4. Mərkəzin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

2.5. Mərkəzin yeni binasının tikintisi ilə bağlı işlərin tamamlanmasını qısa müddət ərzində təmin etsin;

2.6. görülmüş işlər haqqında mütəmadi məlumat versin.

3. Azərbaycan Respublikası Baş Prokurorluğu Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirsinlər.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.” -deyə məlumatda qeyd edilib.

 

Son xəbərlər
Digər xəbərlər