18 C
Baku
Monday, September 16, 2024

Şərab zavoduna əlavə investisiya qoyulur – Səhmdarlar toplaşır

“19” sentyabr 2024-cü il tarixdə saat 10:00-da, Gəncə şəhəri, Kənar küçəsi, 3 ünvanında “Gəncə Şərab-2” ASC-nin (dövlət qeydiyyatı № (VÖEN) 2300015791) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Banker.az bunu ASC-nin açıqlamasına istinadən xəbər verir.

Səhmdarların növbədənkənar ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcəkdir:

  1. “Gəncə Şərab-2” ASC-nin səhmlərinin nominal dəyərinin artırılması yolu ilə nizamnamə kapitalının artırılması;
  2. “Gəncə Şərab-2” ASC-nin nizamnamə kapitalının artırılması ilə əlaqədar olaraq Cəmiyyətin nizamnaməsinin ikinci redaksiyada təsdiq edilməsi;
  3. Səhm buraxılışının dövlət qeydiyyatına alınması, səhmlərin qapalı şəkildə yerləşdirilməsi, səhmlərin emissiyasının yekunları haqqında hesabatın təsdiq edilməsi ilə bağlı aidiyyəti qurumlara müraciətlə bağlı məsələlər.
  4. Cəmiyyətin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi ilə bağlı məsələlər.

“Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla iclas vaxtı yuxarıdakı ünvanda tanış ola bilərsiniz. Səhmdarların növbədənkənar ümumi yığıncağında şəxsiyyətinizi təsdiq edən sənədlə bilavasitə özünüzün və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndəniz vasitəsilə iştirakınız xahiş olunur”- deyə, açıqlamada bildirilir.

Xatırladaq ki, “Gəncə Şərab-2” ASC 2003-cü ildə yaradılıb və 10.68 mln. manat nizamnamə kapitalı var.

Son xəbərlər
Digər xəbərlər