Sərdar Berdıməhəmmədov Türkmənistan Prezidenti vəzifəsinin icrasına başlayıb.
Bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
“Bu gün Türkmənistan paytaxtında, Ruhiyyət Sarayında ölkənin yeni seçilmiş Prezidentinin təntənəli andiçmə mərasimi keçirilib”, – məlumatda deyilir.
Qanuna əsasən yeni dövlət başçısınını inauqurasiyasında Türkmənistan parlamentinin hər iki palatasının deputatları, hökumət üzvləri, hərbi və hüquq-müharizə orqanlarının, Seçki Komissiyası Mərkəzinin, yerli dövlət orqanlarının, ictimaiyyət nümayəndələri və digər dəvətli şəxslər iştirak ediblər.
Andiçmə mərasimindən sonra ona dövlət başçısının vəsiqəsi təqdim olunub. Bununla da, o, növbəti 7 il üçün rəsmən Türkmənistan Prezidenti vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, martın 12-də Türkmənistanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə 72,97% səs toplamış Baş nazirin müavini Sərdar Berdıməhəmmədov qalib gəlib.