18 C
Baku
Tuesday, February 17, 2026

Sərfəli şərtlərlə istehlak krediti

®Xalq Bank müştərilər üçün rahat və sərfəli maliyyə imkanları təqdim etmək məqsədilə yeni istehlak krediti kampaniyasına start verir. Sərfəli şərtlər müştərilərə müxtəlif istehlak təyinatlı xərclərini əlavə maliyyə yükü olmadan planlaşdırmağa imkan verir.

Kampaniyadan yararlanmaqla müştərilər zaminliklə və ya təminatsız verilən istehlak kreditini illik 12%-dən başlayan faizlərlə əldə edə bilərlər. Təminatsız kreditlər 48 ayadək və 25 000 AZN-dək, zaminliklə 59 ayadək və 40 000 AZN-dək təklif edilir. Müraciətçi sonuncu iş yerində 6 aylıq, ümumi minimum 12 aylıq iş stajına malik olmalıdır. Ətraflı şərtlərlə tanış olmaq üçün keçid edə bilərsiniz: https://www.xalqbank.az/az/ferdi/kreditler/istehlak

Kampaniya 30 iyunadək qüvvədədir.

Kredit üçün müraciət prosesi sadə və rahatdır: https://loanorder.xalqbank.az// və ya XalqOnline mobil tətbiqi vasitəsilə onlayn sifariş etmək, həmçinin Xalq Bank filiallarına müraciət etmək mümkündür.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər