23 C
Baku
Monday, September 16, 2024

Sərgi ziyarətçisi 1 milyon dollarlıq vazanı qırdı

Məşhur çin rəssamı və memarı Ay Veyvey-in Mayamidə Perez Art Museum muzeyində keçirilən sərgisi zamanı bir ziyarətçi əcnəbi incəsənətə etiraz əlaməti olaraq 1 milyon dollar dəyərində olan vazanı sındırmışdır. Bu haqda məlumatı reuters agentliyi vermişdir.

Dominikan əsilli Maximo Caminero Veyveyin muzeydə təqdim edilən 16 əl işindən biri olan bu vazanı sındırdığına görə həbs olunmuşdur. Caminero həbs edildikdən sonra özünün də rəssam olduğunu və bu hərəkəti ilə muzeyə yalnızca əcnəbi mədəniyyət nümunələrini nümayiş etdirdiyi üçün etiraz etdiyini bildirmişdir. Bundan əlavə, həbs edilmiş bu rəssam bu həftə ərzində mətbuat konfransı verəcəyini də söz vermişdir.

Son xəbərlər
Digər xəbərlər