20 C
Baku
Saturday, November 8, 2025

Sərgidən 200 min avroluq zinət əşyalarının olduğu qutu oğurlanıb

Banker.az saytının The Local nəşrinə istinadən verdiyi xəbərə görə, Parisdə iki naməlum şəxs içərisində zinət əşyalarının olduğu və ümumi dəyəri 200 min avro (215 min dollar) olan qutunu oğurlayıb.

Nəşrin verdiyi məlumata görə, cinayət hadisəsi Art Paris Art Fair 2017 sərgi-yarmarkasında baş verib. Belə ki, iş gününün sonunda sərgi əməkdaşları pavilyonları bağladığı zaman naməlum bir şəxs onlara yaxınlaşır. O guya ki, pullarını əlindən yerə salır, satıcı onun pullarını yerdən toplamaq üçün əyildikdə isə, ikinci qarətçi pavilyona yaxınlaşır və qiymətli daşların olduğu qutunu götürərək qaçır.

The Local qeyd edir ki, son aylar ərzində Fransa və qonşu Monakoda qarət və qiymətli daşların oğurlanması son zamanlar tez-tez baş verən hadisəyə çevrilib.  

Son xəbərlər
Digər xəbərlər