Culfa dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə Naxçıvan Muxtar Respublikası ərazisinə gələn 99GN233 dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsi əsaslı şübhələr olduğundan gömrük yoxlamasına cəlb edilib.
Banker.az xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Nəqliyyat vasitəsinin kabinəsinin yoxlanması zamanı yataq yerinin altında xüsusi qaydada hazırlanmış gizli saxlanc yerindən 14 000 ədəd aksiz markası olmayan siqaretlər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.