“Azərbaycan Ordusu hər bir təxribatın qarşısını almağa qadirdir”.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə bildirib.
O, Müdafiə Nazirliyi adından şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verib.
Anar Eyvazov hazırda sərhəddə vəziyyətin hələ də gərgin olaraq qaldığını söyləyib: “Təəssüf ki, bizim də itkilərimiz var, bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”.
Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.