12 C
Baku
Wednesday, December 11, 2024

Şərifov: “Azərbaycan xarici dövlət borcunu getdikcə azaldır”

“Azərbaycanın bağladığı borc sazişləri üzrə alınmış məbləğlərdən tam istifadə olunmayıb”.

Bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq qalmış məbləğlərin məbləğlər layihələrə yönəldilməsi üçün nəzərdə tutulub.

“Xarici borcların qaytarılması limit çərçivəsində olmasıdır. Dünyada borcu olmayan dövlət demək olar ki, yoxdur. Bir sıra dövlətlərin ya daxili, ya xarici, ya da hər ikisinin kombinasiyasından ibarət borcu var. Dövlət başçısı uzunmüddətli borcun idarə edilməsi strategiyasını təsdiq edib. Burada əsas hədəflər göstərilib və srategiyaya da uyğun işlər aparılacaq”, – deyə nazir vurğulayıb.

S.Şərifov həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində dövlət zəmanətli kreditlər cəlb edilir: “ Bu zaman dövlət üzərinə müəyyən şərti öhdəliklər götürür ki, bu da xarici dövlət borcunun artmasına səbəb olur. Ancaq əsas məqam ondan ibarətdir ki, Azərbaycan borcunu getdikcə azaldır”.

– Report

Son xəbərlər
Digər xəbərlər