“Azərbaycan Coca-Cola Bottlers” MMC sentyabrın 7-dən sərinləşdirici içkilərin qiymətini artırıb. “Coca-Cola” şirkəti bu ilin 8 ayı ərzində artıq ikinci dəfədirki qiymətləri artırır. İlk qiymət artımı yanvar ayının 24-də baş tutmuşdu. Ən diqqət çəkən məqamsa sadə suda (Bonaqua ) 50% qiymət artımının olmasıdır.