8 C
Baku
Sunday, November 17, 2024

Sərnişin və yük daşıma sahəsində sürücülərin hazırlığına dair tələblər sərtləşdirilib

Sərnişin və yük daşıma sahəsində sürücülərin hazırlığına dair tələblər sərtləşdirilib.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanunda əksini tapıb.

Qanuna əsasən, operatorun məsul şəxsləri, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidir. Hazırlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təşkil edilir və həyata keçiriləcək. Tədrisin nəticələrinə dair operatorla və ya sürücülərlə (məsul şəxslərlə) bağlanmış müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılmış qiymətləndirməyə əsasən operatorun məsul şəxsinə və ya sürücüyə 7 (yeddi) il müddətində etibarlı olan, forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş sənəd veriləcək Hazırlığın keçirilməsi və qiymətləndirmənin aparılması qaydası, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləği Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Fərmana əsasən, Nazirlər Kabineti hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması qaydasını, qiymətləndirmənin nəticələrinə dair sənədin formasını, habelə qiymətləndirmənin aparılmasına görə haqqın məbləğini altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər