6 C
Baku
Sunday, December 15, 2024

Sərnişindaşıma ilə bağlı qərar

“Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları”nda dəyişikliklər edilib

“Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları”nda dəyişikliklər edilib.

Dəyişiklik Nazirlər Kabinetinin 141 nömrəli qərarında öz əksini tapıb. Dəyişikliyə əsasən, daşıyıcının avtonəqliyyat vasitəsinin, habelə Azərbaycan Respublikasının “Avtomobil nəqliyyatı haqqında” Qanununun 53-cü, 54-cü və 55-ci maddələri ilə nəzərdə tutulmuş məsuliyyətinin sığortası könüllü qaydada həyata keçiriləcək.

“Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları”ndakı digər dəyişikliklər də belədir:

“2. 10-cu hissənin adında “pretenziya və iddiaların” sözləri “pretenziyaların” sözü ilə əvəz edilsin.
3. 10.9-cu bəndin birinci cümləsindən hər iki halda “və ya iddia” sözləri çıxarılsın.
4. 10.14-cü və 10.22-ci bəndlər ləğv edilsin;
5. 40-cı hissənin adında “Pretenziya və iddiaların” sözləri “Pretenziyaların” sözü ilə əvəz edilsin.
6. 42.1.13-cü yarımbənd ləğv edilsin.

7. 48.14-cü bənddə “Pretenziya və ya iddianı” sözləri “Pretenziyanı” sözü ilə əvəz edilsin, “, pretenziya təqdim edilmədikdə isə iddianın təqdim edildiyi gündən” sözləri çıxarılsın”.

Nazirlər Kabinetinin digər bir qərarına əsasən “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edilib. Yeni dəyişikliyə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsi tələb olunacaq.

Bununla yanaşı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa, avtonəqliyyat vasitəsinin işçi heyətinin üzvləri əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçiriləcək.

Yeni qərara görə, sığorta olunan “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş hüquqlarından istifadə etməlidir.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər