16 C
Baku
Monday, April 29, 2024

Sərnişindaşıma üzrə müsabiqədə iştiraka görə ödənişin və “İcazə” blanklarına görə haqqın məbləğləri təsdiqlənəcək

Avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi üçün sifarişçinin keçirdiyi müsabiqədə daşıyıcıların iştirakına görə ödənişin məbləğini və “İcazə” blanklarının (jurnallarının) verilməsinə görə haqqın məbləği müəyyənləşəcək.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun tətbiqi haqqında fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti bu məbləğləri altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

 

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər